BAKI, 27 fevral — Sputnik. Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağında baş verib.
Məlumata görə, 15 m² sahədə ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.