Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 27 fevral — Sputnik. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkumluğu olan Hüseyn Mustafayev saxlanılıb. Onun evinə baxış keçirilən zaman orada gizlətdiyi 2.008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.