CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bakı Metropoliteni” yeni qatarlar alır

Abunə olmaq
Stansiyanın bütün infrastrukturu tamamilə yenilənəcək

BAKI, 27 fevral — Sputnik. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından 5 il ötür. Bu illər ərzində metroda xeyli inkişaf baş verib. Yaxın illərdə də yeniliklər gözlənilir.

Sputnik Azərbaycan “Bakı Metropoliteni”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2019-cu ildə həm də "Xətai" stansiyasının istismar müddətini başa vurmuş 3 eskalatoru öz yerini Almaniya istehsalı olan 4 yeni eskalatora verəcək. Stansiyanın bütün infrastrukturu, tamamilə yenilənəcək.

Vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir. İlk dəfə 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd olmaqla parkı yeniləşdirəcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə davam edəcək, metropolitenin lokomotiv parkı əsaslı şəkildə yenilənəcək.

Xəbər lenti
0