Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Problemli kreditlərin həlli yolu açıqlandı

© Sputnik / Murad OrujovKredit mütəxəssisi və müştəri, arxiv şəkli
Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün"

BAKI, 26 fevral — Sputnik. “Dünən keçirilən müşavirədə Azərbaycan prezidenti vətəndaşları narahat edən məsələlərdən birinin də problemli kreditlərlə bağlı olduğunu bildirib. Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Xatırlatmaq istərdim ki, 2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edir”.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Problemli kreditlərin həlli yolu açıqlandı - Sputnik Azərbaycan
Vüqar Bayramov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov “Facebook” sosial şəbəkəsində paylaşdığı statusda qeyd edib.

Onun sözlərinə görə, bu mexanizmin əsas özəlliyi burada fərqin tərəflər arasında bölüşdürülməsindən ibarətdir: “Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin 1/3-i üzərinə götürür. Digər tərəflər də 2/3-ni üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür”.

“Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik” – deyə alim əlavə edib.

Xəbər lenti
0