BAKI, 26 fevral — Sputnik. Böyük Britaniya hökuməti Avropa İttifaqından çıxmaq müddətini təxirə salmağa dair planları nəzərdən keçirir.
Sputnik Azərbaycan "Telegraph" qəzetinə istinadən xəbər verir ki, bundan əvvəl prosesin martın 29-u həyata keçirilməsi planlaşdırılırdı.
Mənbənin sözlərinə görə, britaniyalı nazirlərin fikrincə, Aİ-dən çıxış iki aydan çox təxirə salına bilməz. Çünki məhz bu halda Böyük Britaniya Avropa Parlamentinə keçirilən seçkilərdən yayınacaq.
Nəşr yazır ki, Avropa Komissiyasının rəhbəri Donald Tusk "Brexit"in təxirə salınması dəstkələyir, lakin o, bunun iki ay deyil, iki il müddətinə uzadılmasını istəyir.
Xatırladaq ki, Britaniyada 2016-cı il 23 iyunda keçirilən referendumda Aİ-dən çıxmaqla bağlı qərar qəbul edilib.