Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tələbəni yoldaşlarının gözü qarşısında universitetdən qaçırıblar

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin binası
Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-in qapısı ağzından Gürcüstan vətəndaşı olan 18 yaşlı qızı qaçırıblar, polis isə valideynlərin şikayətinə baxası olmayıb.

BAKI, 25 fevral — Sputnik. Bakıda İqtisad Universitetinin (UNEC) qapısı ağzında, kurs yoldaşlarının gözü qarşısında birinci kurs tələbəsi qaçırılıb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Депрессия - Sputnik Azərbaycan
HADİSƏ
Bərdədə 15 yaşlı qız qaçırılıb

Nərimanov RPİ-nin 16-cı bölməsinə qaçırılan qızın anası müraciət edib. Qadın bildirib ki, onun qızının 18 yaşı var və o, Gürcüstan vətəndaşıdır. Qız fevralın 22-də saat 14:00-da universitetin akademik Həsən Əliyev küçəsində yerləşən ikinci korpusunun qapısı qarşısından qaçırılıb. Qızı qaçıran şəxsin Kənan adlı cavan oğlan olduğu məlumdur.

Polis əməkdaşları dərhal hərəkətə keçiblər və araşdırma zamanı müəyyən ediblər ki, oğlan qızı evlənmək məqsədilə qaçırıb. Əməliyyatçılar cavanları tapıblar. Məlum olub ki, gənc qız özü oğlana qoşulub qaçmağa razı olub və tezliklə onların toyu olacaq.

Qızın yaşı qanunla müəyyən edilmiş rəsmi nikah yaşına (18) uyğun gəldiyindən və o, oğlana qoşulub qaçmağa könüllü surətdə razı olduğundan, polis hər hansı hüquqi prosedurlara əl atmayıb. Valideynlərinin qızı geri qaytarmaq cəhdi də bu səbəblərdən baş tutmayıb.

Xəbər lenti
0