İnsanın hansısa yeri möhkəm ağrıyanda ilk növbədə işini bilən və vicdanlı həkim tapmaq barədə düşünür.
Çünki bizim sağlamlığımız ilk növbədə özümüzün, daha sonra isə ağ xalatlı bu insanların əlindədir. Səhiyyə sistemindən şikayətlər çox olsa da, vicdanlı həkimlərdən ibarət çoxsaylı ordunun olmasını da inkar etmək olmaz. Məhz onların sayəsində insanlar öz sağlamlıqlarını bu peşə sahiblərinə etibar edə bilirlər.
Ölkəmizdə demək olar ki, hər gün yeni özəl tibb müəssisələri açılır və insanlar bəzən qeyri-ixtiyari respublikada "həddindən çox" həkim oluğunu düşüür. Lakin bu, belə deyil.
Sputnik Azərbaycan səhiyyə sistemindəki rəqəmləri əks etdirən infoqrafika hazırlayıb.