BAKI, 25 fevral — Sputnik. Şabran Rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərinə görə, Ə.Mərdanov təqaüdə göndərilib.
Qeyd edək ki, Əli Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.