CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəşər tarixinin ən şərəfsiz səhifəsi: Bakıda Avropanın işgəncə alətləri nümayiş etdirilir

Abunə olmaq
Bakıda Avropa inkvizisiya dövrünün ən maraqlı eksponatları sərgilənir. Bu dəhşətli işgəncə alətlərini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bəzi eksponatlar, sözün əsl mənasında, çəkiliş qrupumuzun ətini ürpətdi. “Dizdoğrayan”, “İfritənin stulu”, “Dartma taxtası”... Bu alətlərin adları da özləri qədər qorxulu səslənir. Bunların, doğrudan da, nə vaxtsa istifadə edilməsi insanın ağlına sığmır. Halbuki, orta əsrlərdə katolik kilsəsi öz hakimiyyətini möhkəmlətmək məqsədilə cadugər, kafir, dinsiz adlandırdıqları, əslində isə bir çox hallarda, azadfikirli insanlara qarşı məhz bu alətləri tətbiq ediblər. Bu cür qurbanların sırasında Cordano Bruno, Nikolya Kopernik, Yan Qus, Qalileo Qaliley kimi dahilər olub.

Şirvanşahlar dövrünün nadir inciləri, nəhayət ki, vətənə qaytarılıb - Sputnik Azərbaycan
VİDEO
Şirvanşahlar dövrünün nadir inciləri, nəhayət ki, vətənə qaytarılıb

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikovanın dediyi kimi, mövzunun olduqca ağır olmasına baxmayaraq, bu, bəşər tarixinin bir səhifəsidir və bu həqiqətlər insanlara çatdırılmalıdır. Onun fikrincə, bu sərgi bir daha göstərir ki, bəşəriyyət bütün tarix boyu azad düşüncə uğrunda mübarizə aparıb.

Sərgidə 60-dan artıq işgəncə aləti nümayiş olunub. Layihənin rəhbəri Pyer Luiji Kanovi 30 ildən artıqdır ki, ətrafına topladığı tarixçi alim və digər sahələrin tədqiqatçıları ilə araşdırmalar aparıb. Və orta əsrlər Qərbi Avropada inkvizisiya məhkəmələrinin tətbiq etdikləri işgəncə alətlərini bərpa edib.

Sərgi dünyanın müxtəlif ölkələrini dolaşıb və artıq Bakıya da gəlib-çatıb. Layihənin rəhbərləri deyir ki, onun əsas məqsədi insanlara qarşı zorakılığın tətbiq edilməsinin yolveriməz olduğunu dönə-dönə nümayiş etdirməkdir.

Qeyd edək ki, sərgi avqust ayına qədər Şirvanşahlar Saray Kompleksində fəaliyyət göstərəcək.

Xəbər lenti
0