Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qərb bölgəsində ölümlə nəticələnən faciə yaşanıb

CC0 / Victoria_Borodinova / fireДом после пожара, фото из арива
Дом после пожара, фото из арива - Sputnik Azərbaycan
Abunə olmaq
Ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb

BAKI, 25 fevral — Sputnik. Goranboy rayonunun Səmədabad kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb. Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə hadisə nəticəsində ölən olub.

Belə ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmadığı üçün o xəstəxanada ikən vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0