Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərhədsiz axmaqlıq: İt üstündə baş verən qətlin təfərrüatları

© pixabay / PublicDomainPicturesБешеная собака, фото из архива
Бешеная собака, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yardımlıda baş verən kütləvi davanın nəticələri: dava nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 24 fevral – Sputnik. Ötən gün Yardımlı rayonu ərazisində baş verən kütləvi davanın detalları məlum olub. Qeyd edək ki, dava nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Yardımlı rayonunun Ləzran kəndi ərazisində baş verib. Bir neçə nəfər gənc kənd ərazisində itlərini boğuşdurmaq üçün toplaşıblar.

© Sputnik / Rahim MuradovYardımlıda baş verən kütləvi davada yaralanan Pərviz İsgəndərov
Sərhədsiz axmaqlıq: İt üstündə baş verən qətlin təfərrüatları - Sputnik Azərbaycan
Yardımlıda baş verən kütləvi davada yaralanan Pərviz İsgəndərov

İt boğuşdurması it sahibləri arasında mübahisəyə, sonra isə kütləvi davaya çevrilib. Nəticədə Ləzran kənd sakinləri 34 yaşlı Bəhruz İsgəndərov, 23 yaşlı İbrahim Mirzəyev, 30 yaşlı Pərviz İsgəndərov və rayonun Şovud kənd sakini Teymur Hüseynov bıçaq xəsarətləri alıblar.

Yaralanan Bəhruz İsgəndərov Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib. Digər yaralılar - İbrahim Mirzəyev və Pərviz İsgəndərov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.  Xəstəxanadan aldığımız məlumata görə, hər iki şəxsin vəziyyəti kafidir.

Dünyasını dəyişən B.İsgəndərovun qardaşı Pərviz İsgəndərov hadisə zamanı dava düşən yerdən aralıda olduğunu deyib: “Mən aşağıda idim, qoyun otarırdım. Gördüm bir xeyli insan toplaşıblar. Gəlib gördüm qardaşım yerə yıxılıb. Kömək çağırdım. Qardaşımı qucaqlayanda o oğlanın əlində bıçaq var idi, bıçaqla yenidən zərbə atanda mənə dəydi. Ona baş qoşmadım, gördüm qardaşım ölür. Rəhmətlik bircə onu dedi ki, “mənə kömək elə!”. Bundan sonra özündən getdi. Davanın necə düşdüyündən, nə üstə düşdüyündən də xəbərim yoxdur. Mən hay-küyü eşidib hadisə yerinə gəlmişəm. Qardaşımı vuranları da tanımıram”.

© Sputnik / Rahim MuradovYardımlıda baş verən kütləvi davada yaralanan İbrahim Mirzəyev
Sərhədsiz axmaqlıq: İt üstündə baş verən qətlin təfərrüatları - Sputnik Azərbaycan
Yardımlıda baş verən kütləvi davada yaralanan İbrahim Mirzəyev

Digər xəsarət alan İbrahim Mirzəyevin sözlərinə görə isə o sadəcə it döyüşünə baxmağa gedibmiş: “Sonra birdən-birə dava düşdü. Davanı da onlar başladı. Dalaşanları ayıranda məni də arxadan bıçaqla vurdular. Onlar təxminən 7-8 nəfər olardılar, Sumqayıtda it boğuşdurmaqla məşğul olurlar. Əmim oğlunun iti də döyüşkən itlərdən idi. Gəldilər, itləri boğuşurdular, əmim oğlunun iti onların itini boğurdu. Dedilər meydan sənindi, iti boğdurma. İtləri ayıranda əmim oğlunu vurdular”.

Qeyd edək ki, kütləvi dava zamanı digər xəsarət alan Şovud kənd sakini Teymur Hüseynov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yardımlı Rayon Prokuroluğunda araşdırma davam etdirilir.

Xəbər lenti
0