CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah ölkəmizə qar yağacaq

© Sputnik / Shahperi AbbasovaQaxda ilk qar
Qaxda ilk qar - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Qafqazın bəzi yerlərində qarın intensiv olacağı ehtimalı var.

BAKI, 24 fevral - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 25-də respublika ərazisində gözlənilən hava şəraiti barədə verdiyi məlumatda belə deyilir.

Məlumata görə, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində qarın intensiv olacağı ehtimalı var. Gecə və səhər ayr-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.

Xəbər lenti
0