BAKI, 24 fevral - Sputnik. Ağ ciyər sətəlcəmi diaqnozu ilə Moskva klinikalarının birinə yerləşdirilən rejissor Georgi Daneliya süni koma vəziyyətinə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Qalina Daneliya məlumat verib.
“Həkimlər onu tibbi komaya salıblar. Hazırda müayinələr aparılır, vəziyyəti izlənilir”, - deyə o bildirib.
Georgi Daneliya 1930-cu ildə Tbilisidə doğulub. “Mimino” (1977), “Afonya” (1975) kimi məşhur kinokomediyaları çəkib.