Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert çoxmənzilli binalardakı qeydiyyat problemindən danışır

Abunə olmaq
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, çoxmənzilli binalarda yığılıb qalan qeydiyyatla bağlı problemlər öz həllini tapacaq
Ramil Osmanlı: “Bələdiyyələrin vergi yığımında problemlər aradan qalxacaq”

“Bakıda bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə əlaqəli ölkə başçısının imzaladığı fərmanla paytaxtda qeydiyyata alınmamış və istismara qəbul edilməyən mənzillərin 70-80%-də qeydiyyat problemi həll olunacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

“Uzun illərdən bəri çoxmənzilli binalarda yığılıb qalan qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Mövcud problemin həllini tapması aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Dövlət büdcəsinə daxilolmalar dedikdə o nəzərdə tutulur ki, bu vaxta qədər Mənzil Tikinti kooperativləri (MTK) alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə vətəndaşlardan qeyri-qanuni yolla bir mənzilə görə üç-dörd min manat pul alırdılarsa, bundan sonra həmin məbləğə yaxın pul vəsaiti rəsmi qaydada vergi şəklində dövlət büdcəsinə yönələcək. Həmçinin qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında problemlər aradan qalxacaq”, - R.Osmanlı bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

 

Xəbər lenti
0