CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ-ın hərbi təyyarəsi Rusiyanın hava məkanını pozub

CC0 / mmisof / AirbusTəyyarə
Təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Qara dənizin Rusiya sahillərində kəşfiyyat aparıb.

BAKI, 24 fevral - Sputnik. ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Qara dənizin Rusiya sahillərində kəşfiyyat aparıb.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə PlaneRadar monitorinq resursu məlumat verib.

168764 nömrəli Boeing P-8A Poseidon sualtı patrul təyyarəsi fevralın 23-də İtaliyadakı Sigonella aviabazasından uçub və Moskva vaxtı ilə saat 14:10-da Bolqarıstanın hava məkanında görünüb.

Sonra Qara dəniz akvatoriyasında kəşfiyyat uçuşu edən hava gəmisi saat 19:05-də mənsub olduğu hava limanına istiqamət götürüb.

Son zamanlar xarici ölkələrə, o cümlədən ABŞ-a məxsus kəşfiyyat təyyarələri Rusiya sərhədlərində tez-tez peyda olurlar.

Belə ki, ötən həftənin sonlarında Krım yarımadası yaxınlığında ABŞ HHQ-yə məxsus iki hava gəmisi- RC-135V radiokəşfiyyatçısı və RQ-4B-30 Global Hawk pilotsuz təyyarəsi müşahidə edilib. Bununla yanaşı, Kalininqrad vilayətində İsveç HHQ-yə məxsus GIV S radioelektron kəşfiyyat təyyarəsi qeydə alınıb.

Xəbər lenti
0