Trampdan Suriya ilə bağlı vacib qərar

© AP Photo / Susan WalshABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp Suriyadan çıxardığı ordusunu İraqa çəkə bilər

BAKI, 23 fevral — Sputnik. ABŞ prezidenti Donald Tramp ABŞ qoşunlarının kiçik bir hissəsinin Suriyada qalmasının tərəfdarı olduğunu açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Tramp “bir çoxları da mənim bu fikrimi dəstəkləyir. Amma yenə də insanların müxtəlif fikirlərinə açığam”, – deyə bildirib.

Ağ Ev rəhbəri orada olan 2 min 500 əsgərin fərqli ölkələrə gedəcəyini də vurğulayıb: “Bəlkə də əsgərlərimiz İraqa keçə bilərlər. Çünki bizim orada güclü bir birliyimiz var”.

Donald Tramp qısa müddətdə İŞİD-in tamamilə yerlə-yeksan edildiyini açıqlayacağını da söyləyib.

Xəbər lenti
0