CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtın icra başçısı heç kəsə heç nə saxlamadı

© Facebook / Eyvaz QocayevSumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıtın icra hakimi Zakir Fərəcov fevralın 21-də şəhərdə 40- yaxın sərnişinin yaralandığı qəza yerində olarkən həm tabeçiliyində olanları, həm də yol polislərini danlayıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Sumqayıtın icra hakimi Zakir Fərəcov fevralın 21-də şəhərin Nizami və Əzizbəyov küçələrinin kəsişməsində 40-a yaxın adamın yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzasının olduğu yerə baş çəkib. O, hadisə yerində olarkən təkcə tabeliyində olan şəxsləri deyil, həm də yollarda asayişə cavabdeh olanları da danlayıb. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt şəhər İcra Hakimiyyətindəki mənbə məlumat verib.

© Facebook / Eyvaz QocayevSumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub
Sumqayıtın icra başçısı heç kəsə heç nə saxlamadı - Sputnik Azərbaycan
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub

Qeyd edək ki, həmişə qəza olduğuna görə, yerli sakinlərin "nəhs" yer adlandırdığı Nizami və Əzizbəyov küçələrinin kəsişməsində 30 saylı marşrut xətti üzrə hərəkət edən sərnişinlərlə dolu avtobus Toyota Prado markalı minik maşını ilə toqquşduqdan sonra yaşayış binasına çırpılıb. Bu ciddi yol-nəqliyyat hadisəsi sözügedən küçələrin kəsişməsində işıqforların olmaması səbəbindən baş verib. Şəhərin üçüncü və dördüncü məhəllələrinin sakinləri dəfələrlə əlaqədar qurumlara müraciət edərək həmin yerə işıqforun quraşdırılmasını xahiş etsələr də, bu məsələ hələ də həllini tapmayıb.

Bütün bunlara baxmayaraq, sözügedən qəzadan sonra şəhərin icra hakimiyyəti vəziyyəti kökündən dəyişmək üçün lazımi tədbirləri görməli olub. Çünki başçı Zakir Fərəcov yaranmış vəziyyəti öyrənməyi və küçələrin kəsişməsində işıqforun quraşdırılması üçün müvafiq tədbirləri görməyi əmr edib. Necə deyərlər, vəziyyətin düzəlməsi üçün bir bədbəxt hadisənin baş verməsi lazım imiş.

Bununla yanaşı, hazırda Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında qəza nəticəsində xəsarət almış 14 nəfər müalicə olunur. Bu barədə Sputnik Azərbycan-a xəstəxananın baş həkimi Rauf Sadıqov məlumat verib. Onun sözlərinə görə, əvvəlcə xəstəxanaya 19 nəfər gətirilib. Altı nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkənlərdən beşi artıq evə buraxılıb.

"Reanimasiyada da artıq heç kəs qalmayıb. Pasiyentlərə tibbi yardım göstərilib, hamı şok vəziyyətindən çıxıb və aldıqları zədənin dərəcəsindən asılı olaraq ayrı-ayrı şöbələrə yerləşdirilib. Ola bilsin, onların bəziləri bu gün axşam evə buraxılsın" – deyə Sadıqov bildirib.

© Facebook / Eyvaz QocayevSumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub
Sumqayıtın icra başçısı heç kəsə heç nə saxlamadı - Sputnik Azərbaycan
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub

Həkim qeyd edib ki, zərərçəkənlər arasında bir uşaq - Süleymanov İbrahim Rahib oğlu var. O, qapalı kəllə-beyin travması alıb. Sürücünün özü isə ciddi xəsarət almayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, avtobusun sürücüsü Əhmədov daha ağır nəticədən yayınmaq üçün avtobusu vurmaqda olan avtomobildən qaçırmağa çalışıb, lakin bu zaman idarəetməni itirərək maşını binaya çırpıb.

Hazırda polis əməkdaşları faktla bağlı araşdırma aparır.

Xəbər lenti
0