BAKI, 22 fevral — Sputnik. Venesuela Braziliya ilə sərhədi bağlayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bəyan edib.
O, bu bəyanatı ABŞ-dan göndərilən humanitar yardımın tədarükü ərəfəsində edib. ABŞ-dan gələn humanitar yardım fevralın 23-ü çatdırılıb.
Qərarın nə vaxta qədər qüvvədə olacağı isə açıqlanmayıb.
Maduro, həmçinin Kolumbiya ilə də sərhədin bağlanacağını istisna etməyib.