BAKI, 22 fevral — Sputnik. Sumqayıtda baş vermiş avtobus qəzasında yaralananlar arasında 2 hamilə qadın da olub. Hamilələrin vəziyyəti ilə bağlı Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Onların vəziyyəti normaldır. Hamilələrdən biri 3 aylıq olub, yoxlanışdan keçib. Digəri isə düşük təhlükəsinə görə yoxlanışdan keçirilib. Heç bir problem yoxdur” – deyə məlumatda qeyd olunub.
O da qeyd olunub ki, hamilə xəstələr bu gün evə buraxılıb.