BAKI, 22 fevral — Sputnik. Qusar rayonunun Mərkəzi Xəstəxanasında üçəm oğlan uşaqları dünyaya gəlib. Sputnik Azərbaycan-a bu haqda Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyin məlumatına görə, 36 yaşlı Quba rayon sakini İlahə Həsənşah qızı Mirzəyeva 3 ildən sonra yenidən ana olub. Yeni doğulan körpələrdən birinin çəkisi 1 kilo 800 qram, digərinin çəkisi 2 kilo 700 qram, 3-cü körpənin çəkisi isə 2 kilo 800 qram oldu]u bildirilib.
© © Səhiyyə Nazirliyinin mətbuat xidmətiQusarda dünyaya gələn üçəmlər
Qusarda dünyaya gələn üçəmlər
© © Səhiyyə Nazirliyinin mətbuat xidməti
"Körpələrin və ananın səhhətinin normaldır" - deyə nazirlikdən verilən məlumatda əlavə edilib.
Qeyd edək ki, adıçəkilən xəstəxanada sonuncu dəfə 2017-ci ildə üçəmlər doğulmuşdu.