Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 22 fevral — Sputnik. Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobillərindən oğurluq olunması barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər - Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb. Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.