Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı öldü

CC0 / fancycrave1 / Baby & Mother Ana və yeni doğulmuş körpə
Ana və yeni doğulmuş körpə - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

BAKI, 22 fevral - Sputnik. Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Руки мужчины, женщины и ребенка, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda doğuş zamanı körpənin ölməsinin ilkin səbəbi açıqlandı

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova bu gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib.

Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.

Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib.

Qeyd edək ki, yeni doğulan körpənin vəziyyəti normaldır. Son 26 ildə Kürdəmir RMX-da ana ölümü baş verməyib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha əvvəl Zaqatalada doğuş zamanı ana ölüb.

Xəbər lenti
0