CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərini dəfn etməyə pulu olmayan qadın tabutu hökumət binasına gətirdi

© pixabay / Heung SoonQəbiristanlıq
Qəbiristanlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Samara vilayətinin sakini vəfat etmiş ərini tabuta qoyaraq regional hökumət binasına gətirib

BAKI, 22 fevral — Sputnik. Rusiyanın Samara vilayətinin sakini vəfat etmiş ərini tabuta qoyaraq regional hökumətin binasına gətirib. Qadın bahalı dəfn xidmətləri səbəbindən vəfat etmiş ərini torpağa verə bilməyib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, qadın bu hərəkətini belə izah edib: "50 min rubl (1300 m) istəyirlər. Mən təkbaşına uşaq böyüdürəm. Bu qədər pulu haradan alım?"

Qubernator Dmitri Azarov, korrupsiyaya qarşı mübarizə departamentinə və şəhərin başçısına baş vermiş hadisəni ciddi şəkildə araşdırmağı və bu barədə ictimaiyyəti məlumatlandırmağı həvalə edib.

© © Samara vilayətinin Krasnoyarsk rayonunun Nümayəndələr Məclisinin deputatı Azat Tuymasov tərəfindən təqdim olunubƏrinin meyiti qoyulmuş tabutu hökumət evinin qarşısına gətirmiş qadın
Ərini dəfn etməyə pulu olmayan qadın tabutu hökumət binasına gətirdi - Sputnik Azərbaycan
Ərinin meyiti qoyulmuş tabutu hökumət evinin qarşısına gətirmiş qadın

O, həmçinin ölən şəxsin qohumlarına yardım etməyi də tapşırıb. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qadın bildirib ki, regional hakimiyyət ona baş vermiş hadisədən sonra həqiqətən də kömək təklif edib. Lakin qadının həmin vaxt artıq köməyə ehtiyacı olmayıb. O, etiraf edib ki, tabutla birlikdə hökumət binasına gələndə nə edəcəyini bilmirmiş.

"İndi artıq mənə kömək lazım deyil. Bu kömək daha əvvəl lazım idi. Gündüz müraciət edəndə, bizi qəbiristanlığa buraxmadılar. Mənə sadəcə adamı dəfn etmək üçün kömək lazım idi, indi o kömək nəyimə laızmdır?! Axşam saat 7-də Samaranın ortasında tabutla tək qalmışdım, şokda idim", - deyə qadın bildirib.

Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İsmayıllıda tük ürpədən cinayət: Bir ailədən iki meyit çıxdı

Qadının sözlərinə görə, hazırda ərinin tabutu Samarada ritual zalındadır, özü isə uşağı ilə birlikdə yaşadığı Tolyattiyə gedib. Qadın indi ərini kənddə dəfn etməyi planlaşdırır.

Samara vilayətinin Krasnoyarsk rayonunun Nümayəndələr Məclisinin deputatı Azat Tuymasov qəbiristanlıqda sözügedən insidentin şahidi olduğunu deyib. Onun sözlərinə görə, qadın onun ritual xidmətləri sahəsində işləyən qohumuna ərini dəfn etməyi xahiş edib və ondan Rubejnoye qəbiristanlığına göndəriş alıb.

Dəfn günü ölünün basdırılması üçün qəbiristanlığa 20-30 nəfər gəlib. Lakin burada onlara qəbir qazmağa imkan verməyiblər. Qadının özünü isə, ümumiyyətlə, qəbiristanlığa buraxmayıblar və dəfni növbəti gün həyata keçirməyi təklif ediblər. Bundan sonra qadın ölünü tabuta qoyaraq regonal hökumətin binasına aparıb.

Xəbər lenti
0