Dünyanın ən gözəl ölüləri – Qəfəsdə saxlanılsa da, onlara toxunmaq mümkündür

Abunə olmaq
Dünyanın ən qədim elmlərindən birinin yaşadığı Siciliya adasına kiçik ekskursiya

BAKI, 21 fevral — Sputnik. Bu gün dünyada möhtəşəmliyi, tarixiliyi ilə seçilən mumiya məktəblərindən biri də İtaliyada yerləşən Siciliya adasındadır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mumiyanı öyrənmək üçün hər il dünyanın müxtəlif yerlərindən Siciliya məktəblərinə tələbə qəbulu keçirilir. Əsrarəngizliyi, sehri, sirri və qəribə cazibəsi ilə seçilən Siciliyanın mumiyaçılıq ixtisaslarında isə onların daha yaxşı şəraitdə saxlanması və mühafizə edilərək gələcək nəslə ötürülməsi öyrənilir.

Manfred Frits Bayoratın mumiyaya dönmüş cəsədi - Sputnik Azərbaycan
İtkin səyyah mumiya formasında tapıldı

Burada minlərlə mumiya nümunələri mühafizə olunur. Ekspertlər bu mumiyaları analiz etməklə onların yaşadıqları xəstəliklər, ölüm səbəbləri, həyat tərzləri, statusları, yaşları haqda da məlumatları əldə etmiş olurlar.

300 il ərzində özünü inkişaf nəticəsində təkmilləşən Siciliya məktəbində həmçinin mumiyalanma prosesinin necə baş tutması da öyrədilir.

Bunun üçün öncə cansız cəsəd qurudularaq təmizlənir, daha sonra isə o müəyyən müddət ərzində tabutda saxlanılır. Yalnız bundan sonra bədən parçalanaraq mumyalanır.

Siciliyalı mütəxəssislər bu elmin necə yaranması haqda danışaraq bildiriblər ki, qədimdə insanlar onları tərk edərək o dünyaya gedən sevdiyi şəxsdən ayrıla bilmədikləri üçün bir çıxış yolu axtarıblar: "Beləcə mumiya elmi meydana gəlib. Bununla da onlar sevdiklərini gedib görə biləcəkləri ilə özlərinə təskinlik verirdiər".

https://www.bbc.com/reel/video/p06q92x3/the-fascinating-world-of-sicily-s-hidden-mummies

Xəbər lenti
0