Rusiyanın ikinci milyarder qadını məlum oldu

CC0 / Raw Pixel / Businessİşgüzar qadın
İşgüzar qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Onun internet mağazası 2019-cu ildə ən bahalı şirkətlər siyahısında 4-cü yerdə qərarlaşıb

BAKI, 21 fevral — Sputnik. "Wildberries" internet mağazasının sahibi və təsisçisi Tatyana Bakalçuk Rusiyanın ikinci milyarder qadını olub.

Tatyana Bakalçuk
Rusiyanın ikinci milyarder qadını məlum oldu - Sputnik Azərbaycan
Tatyana Bakalçuk

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb. Bakalçukun sərvəti 1 milyard dollardır. Ötən il Bakalçuk 600 milyon dollarlıq sərvəti ilə Rusiyanın varlıları siyahısına düşmüşdü. Onun internet mağazası 2019-cu ildə ən bahalı şirkətlər siyahısında 4-cü yerdə qərarlaşmışdı.

“Forbes”in dollar milyarderi adlandırdığı ilk qadın isə Yelena Baturina olub. 2018-ci ildə onun sərvəti 1,2 milyard dollar olub.

Xəbər lenti
0