SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bir qığılcım kifayətdir: Rusiya və Azərbaycanın düşmənləri aramızı vurmaq istəyir

© Sputnik / Anna Solovyeva / Mediabanka keçidДрака, фото из архива
Драка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı ekspert çeçen-azərbaycanlı ixtilafının səbəblərinə aydınlıq gətirib

Yevgeni Mixaylov, təhlükəsizlik məsələləri üzrə ekspert

BAKI, 21 fevral — Sputnik. Moskvada Azərbaycan və çeçen diasporlarının nümayəndələri arasında baş vermiş insidentdən sonra bir-birindən ziddiyyətli xəbərlər dolaşmaqdadır. Və mənə elə gəlir ki, burada hər bir sağlam fikirli insanın verə biləcəyi iki əsas suala cavab verməyə cəhd etmək lazımdır. Bundan sonra bütün daşlar yerinə oturacaq.

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıt şəhərində kütləvi dava olub, dörd nəfər bıçaqlanıb

Birinci sual: Niyə hamı, xüsusilə də liberal mətbuat bu, birinin digər tərəfi alçaltmağa çalışdığı məişət səviyyəli münaqişəni belə xüsusi əhəmiyyət daşıyan, az qala millətlərarası münaqişə kimi təqdim etdi?

İkinci sual: Vəziyyətin mürəkkəbləşməsində kim günahkardır və niyə Azərbaycan və Çeçenistanın rəsmi şəxsləri eyni vaxtda çeçenlərlə azərbaycanlıları qardaş xalqlar adlandırdılar, eyni zamanda bunun şişirdilərək etnik münaqişəyə çevrilməsinə əsla yol verməyəcəklərini bəyan etdilər?

Birinci suala cavab verərkən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Çeçenistan başçısının yaxın tərəfdarı, RF Dövlət Dumasının deputatı Adam Delimxanovla görüşündə dediyi sözləri xatırlatmaq istəyirəm. O, bu faktı vurğulayaraq demişdi ki, vəziyyətin gərginləşməsində iki xalqın dalaşmasını arzulayan hansısa üçüncü qüvvənin əli var.

Azərbaycanlı diplomat üçüncü qüvvə deyərkən kimi nəzərdə tutduğunu açıq mətnlə demək istəmədi. Lakin mediaya buraxılan məlumatlardan dərhal aydın oldu ki, mübahisəni başlayanlar heç də azərbaycanlılar olmayıb. Yəni, biz üçüncü tərəfin təxribatı ilə, tamamilə qeyri-bərabər nəticələrə gətirən adi bir davanın ortaya çıxardığı bir vəziyyəti müşahidə edirik.

Üçüncü qüvvələrin hesablaması yanlış oldu. Onların təxribatı istənilən etnoslar arasında işləyə bilərdi, amma çeçenlərlə azərbaycanlılar arasında deyil. Görünür, onlar məhz Çeçenistandan olan döyüşçülərin Qarabağ müharibəsinin ağır günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdüklərini unudublar.

Münaqişə ilə bağlı neqativ informasiyalar əsasən Cənubi Qafqazda münaqişənin qızışmasını istəyən KİV-lər tərəfindən dəstəklənib. Bəzi qüvvələr istəyiblər ki, əgər Azərbaycanla Çeçenistan arasında münaqişə yaratmağa nail ola bilməsələr, heç olmasa, gərginlik yaratsınlar. Amma bu baş vermədi. İslam inancına tapınana iki qardaş xalq təxribata uymadı.

İkinci suala gəlincə, artıq ona birinci sualın cavabında qismən aydınlıq gətirilib. Mövzunu davam etdirərək demək olar ki, hər iki ölkənin rəsmiləri əslində nə ilə qarşılaşdıqlarını çox yaxşı bilir. Odur ki, vaxtında ikitərəfli görüşlər keçirərək dərhal məsələyə müdaxilə etməklə nəhayət prosesə nöqtə qoydular.

Ankara şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Gecə klubu qarşısında dava üç nəfəri xəstəxanalıq etdi

Baxmayaraq ki, hər şey yaxşı qurtardı, amma yenə də yanan ocağa yağ tökmək istəyənlər var. Xüsusilə də, bu, Moskvadakı azərbaycanlı diasporunun rəsmi orqanının son dövrlərdə yenidən qurulmasının arzu olunan nəticəyə gətirib çıxarmaması ilə bağlıdır. İndiyə qədər Rusiyada azərbaycanlıların üçüncü qüvvələr tərəfindən törədilən istənilən təxribatların qarşısını sərt şəkildə almağa qadir, belə hallarda gənc azərbaycanlıların təxribatlara cəlb olunmasını əngəlləyə biləcək və onların üzərində təsiri olan güclü lobbisi yoxdur.

Və azərbaycanlıları çeçenlərdən fərqləndirən cəhət budur ki, yuxarıdan gələn bir zəng vəziyyətin gərginləşməsinin və intiqama təhrik cəhdlərinin qarşısını yerindəcə almağa kifayət edir.

Moskvada baş verən hadisə ilə bağlı problemin həllində, bütün tərəflərin ortaq dil tapmasında və qarşılıqlı olaraq üzr istəməsində çeçen tərəfi də əhəmiyyətli rol oynadı.

Bir sözlə, azərbaycanlıların, çeçenlərin, eləcə də rusların diqqətini ona yönəltmək istəyirəm ki, hazırda elə zamana gəlmişik ki, istənilən qığılcım Rusiya və Azərbaycanın düşmənlərinə onu alovlandırmaq fürsəti verə bilər. Bu isə arzuolunmaz nəticələrə gətirib çıxarar. Bunun qarşısını almaq üçün nə isə etmək lazımdır.

Xatırladaq ki, fevralın 14-də Moskvanın cənub-şərq dairəsində yerləşən azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" restoranında azərbaycanlılar və çeçenlər arasında silah səsləri ilə müşayiət edilən kütləvi dava baş verib. Tərəflər arasında haqq-hesab sonra Moskvanın digər yerlərində də davam edib. İlkin məlumatlara görə, hadisə nəticəsində bir neçə adam yaralanıb, bir nəfər ölüb, öz vəzifə borcunu yerinə yetirən iki polis xəsarət alıb.

Xəbər lenti
0