Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ötən il dərman zəhərlənməsindən bir nəfər dünyasını dəyişib

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidHəblər, arxiv şəkli
Həblər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toksikoloqun sözlərinə görə, zəhərlənmələr sakitləşdirici və antidepressant dərmanlardan baş verib

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. "Ötən həftə ərzində dərman zəhərlənməsi ilə bağlı 12 müraciət daxil olub. Onlardan yalnız 3-ü xəstəxanaya yatırılıb. Müraciət edənlər arasında uşaqlar olmayıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Toksikoloqun sözlərinə görə, zəhərlənmələr sakitləşdirici və antidepressant dərmanlardan baş verib: "Xəstə dərmanı artıq dozada qəbul etdiyi üçün bədəndə zəhərlənmə yaranıb. Xəstələrdən biri antibiotik qəbul edib və bədəninə düşmədiyi üçün zəhərlənmə baş verib. Digəri isə yuxu dərmanı qəbul etdiyi üçün zəhərlənib".

"Dərmanı artıq dozada qəbul edən xəstə psixoloji durumuna görə nəzarətdə qalmalı idi. Lakin ona nəzarət zəif olduğu üçün həmin şəxs dozanı artıq qəbul edib" – deyə A.Maqsudov əlavə edib

Toksikoloq ölənlərlə bağlı da açıqlama verib: "Bu ilin ilk aylarında dərman zəhərlənməsi ilə bağlı ölən olmayıb. Ötən il isə yalnız 1 nəfər dünyasını dəyişib. Həmin şəxsin 41 yaşı olub".

Xəbər lenti
0