BAKI, 21 fevral — Sputnik. İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
© AR Ministry of Internal AffairsCəlilabad rayon sakini H.Əbilzadə
Cəlilabad rayon sakini H.Əbilzadə
© AR Ministry of Internal Affairs
Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.