BAKI, 21 fevral — Sputnik. "Facebook" sosial şəbəkəsində müxtəlif profillərdən Azərbaycan bayrağının təhqir olunması ilə bağlı foto paylaşımlar edilib.
Sputnik Azərbaycan xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hadisənin Sabirabad rayonunda baş verdiyini iddia edirlər. Guya ki, olay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində baş verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə mətbuata açıqlamasında iddianı təkzib edib, xidmətin şəxsi heyətinin Azərbaycanın dövlət atributlarını müqəddəs saydığını vurğulayıb.
Bununla yanaşı, Xidmət olayla bağlı araşdırma aparır və məsələ ciddi nəzarətə götürülüb.