BAKI, 21 fevral — Sputnik. Sumqayıtda xeyli insanın yaralanması ilə nəticələnən ağır qəza baş verib.
Hadisə şahidi Eyvaz Qocayev Sputnik Azərbaycan-a bildirib ki, “Prado” markalı avtomobil 30 nömrəli xətt üzrə hərəkət edən avtobusun qarşısına keçib. Onun sözlərinə görə, qəza zamanı avtobus yaşayış binasına çırpılıb və 30-a yaxın yaralıy təcili yardım göstərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də məlumat təsdiq ediblər. Nazirlikdən Sputnik Azərbaycan-a verilən açıqlamada yaralıların vəziyyəti ilə bağlı son duruma aydınlıq gətirilib: “6 nəfər reanimasiyaya yerləşdirilib. Yaralılardan biri əməliyyat otağına götürülüb. Onların arasında hamilə qadın da var".
"Ölən olmasa da, yaralılar arasında vəziyyəti ağır olanlar var” - deyə nazirliyin məlumatında qeyd olunub.