Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “TAP ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını təmin edib”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, Azərbaycan reallaşdırdığı layihələrlə geo-iqtisadi məkanda söz sahibinə çevirib
Müslüm İbrahimov: “Azərbaycan beynəlxalq arenada nüfuzunu yüksəldir”

“TAP layihəsi üzrə irəliləyişləri və İtaliya hökumətinin mövqeyini yüksək qiymətləndirəm. Layihənin region ölkələri, o cümlədən İtaliya üçün bir çox aspektlərdən mühüm əhəmiyyət daşıyır və TAP-ın tikintisinin planlaşdırılan vaxtda yekunlaşacağına əminəm”. Bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan TAP-ın icraçı direktoru Luca Schieppati və prezidenti Valter Peeraerlə görüşündə deyib.

Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan həyata keçirdiyi böyük enerji layihələri ilə beynəlxalq aləmdə özünü tanıda bilib:  “Azərbaycan Cənubi Qafqaz regionunun geo-siyasi və iqtisadi konturlarının müəyyən edilməsinə təsir edə bilir. Bu layihələr Azərbaycanın böyük dövlətlərlə sıx əməkdaşlıqlarının qurulmasına şərait yaradıb. Layihələr ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyasını təmin edib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın mövqeyini gücləndirib. Bu layihələr Azərbaycanı geo-iqtisadi məkanda söz sahibinə çevirib. Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm iqtisadi nüfuzunu yüksəldir”, — deyə ekspert bildirib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0