Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yol polisi ölmüş şəxsin radara düşməsinə aydınlıq gətirdi

© Sputnik / Murad OrujovYol Patrul Xidmətinin əməkdaşı, arxiv şəkli
Yol Patrul Xidmətinin əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edir ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda "902 Qaynar Xətt" mərkəzinə müraciət etsinlər

BAKI, 20 fevral — Sputnik. Vəfat etmiş şəxsə inzibati cərimə yazılması barədə yayılmış xəbərlərə DİN Baş Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib. İdarənin şöbə rəisi Rüfət Quliyev Sputnik Azərbaycan-a bildirib ki, "Nissan Patrol" markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 19.10.2018-ci il və 04.01.2019-cu il tarixlərdə törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib.

© Sputnik / Tarana KhudabakhshiyevaBaş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev
Yol polisi ölmüş şəxsin radara düşməsinə aydınlıq gətirdi - Sputnik Azərbaycan
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev

Həmin qayda pozuntuları üzrə icraat aparılarkən qeyd olunan inzibati xətaların dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyi aşkar edildiyindən, qanunvericiliyin tələbinə əsasən, həmin dövlət qurumuna müvafiq sorğu göndərilib. Lakin sorğu ilə bağlı BDYPİ-yə təqdim olunan məlumatda sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxsin sürücülük vəsiqəsinin seriyasında "F" hərfi "C" kimi göstərildiyi üçün inzibati tənbeh vermə haqqında elektron qərarlar yanlış olaraq başqa şəxsin adına tərtib edilib. Hazırda qeyd olunan uyğunsuzluq DYP-nin Mərkəzi İnformasiya Sistemində aradan qaldırılıb, təqsirkar şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilib.

Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edərək bir daha xahiş edir ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya "902 Qaynar Xətt" mərkəzinə müraciət etsinlər.

Qeyd edək ki, Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilərək evinə göndərilib. Avtosfer.az-ın xəbərinə görə, elektron qərarda göstərilir ki, guya Mirzəquluzadə Elxan Balağa oğlu bu il yanvar ayının 4-də Salyan yolunun 29-cu kilometrliyində Xıdırlı kəndi ərazisində "Nissan Patrol" markalı avtomobillə radara düşərək 50 manat məbləğində cərimələnib. Qərarda iddia olunur ki, guya E.Mirzəquluzadə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsini pozub.

Mərhumun həyat yoldaşı Zakirə Zakirqızı bildirib ki, cərimə ilə bağlı yaşadıqları evə məktub gəlib: "Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim "Nissan Patrol" markalı avtomobilimiz də olmayıb. Hazırda yol polisini məhkəməyə verməyi düşünürəm".

 

Xəbər lenti
0