Fikrət Sadıxov: “Türkiyənin vəzifəsi təhlükəsizliyin təmin olunmasıdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə və İranın Suriyanın İdlib vilayətində radikal qruplaşmalara qarşı birgə əməliyyatlar keçirə biləcəyini bildirib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, prezidentlərin üçtərəfli görüşündən sonra müəyyən razılıq əldə olunub:
“Türkiyə Rusiya ilə birgə hərbi əməliyyatlara hazır olduğunu deyib, amma əminəm ki, müəyyən şərtlərlə buna razılıq verib. Şərtlərdən biri kürd silahlılarına hərbi dəstəyin dayandırılmasıdır. Çünki o dəstələr Türkiyəyə qarşı vuruşan təhlükədir. Türkiyənin əsas vəzifəsi Suriya ilə sərhəddə təhlükəsizliyin təmin olunmasıdır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz