Sarqsyan sülaləsinin daha bir süqutu - 18 milyon dolları qaytardılar

© Sputnik / Sergey Guneev / Mediabanka keçidErmənistanın üçüncü prezidenti Serj Sarqsyan
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan - Sputnik Azərbaycan
Abunə olmaq
Onun oğlu Narek Sarqsyan 2018-ci ilin dekabrında axtarışa verilib

BAKI, 20 fevral — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr dövlət büdcəsinə 18 milyon dollar qaytarıb. Bunu Sputnik Ermənistan-a baş nazirin müavini Vladimir Karapetyan bildirib.

Aleksandr Sarqsyan Ermənistan parlamentinin sabiq deputatı və böyük sahibkardır.

© SputnikErmənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr
Sarqsyan sülaləsinin daha bir süqutu - 18 milyon dolları qaytardılar - Sputnik Azərbaycan
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr

Daha əvvəl yayılan məlumatda bildirilib ki, Sarqsyanın erməni banklarından birində olan hesabında 30 milyon dollar tapılıb və onlara həbs qoyulub. Sarqsyanın qardaşı bəyanat verərək həbsin götürülməsini istəmiş və söz vermişdi ki, bu məbləğin bir hissəsini dövlətə verəcək. Paşinyan isə bir qədər əvvəl bəyan edib ki, Sarqsyan bütün məbləği büdcəyə qaytarmağa qərar verib.

2018-i ilin iyulunda Aleksandr Sarqsyanın evində axtarış aparılıb, o özü də polisə gətirilib. Lakin sonradan buraxılıb. Onun oğlu Narek Sarqsyan 2018-ci ilin dekabrında axtarışa verilib və 2018-ci ilin dekabrında Praqada qanunsuz silah və narkotik saxlamağa görə İnterpol tərəfindən saxlanılıb.

Xəbər lenti
0