İran hədələdi – Dünya super güclərini məğlub etmək üçün planımız var

© AFP 2024 / ATTA KENAREİranda ABŞ və İzrail bayraqlarının yandırılması, arxiv şəkli
İranda ABŞ və İzrail bayraqlarının yandırılması, arxiv şəkli  - Sputnik Azərbaycan
Abunə olmaq
Tehranda terror qurbanlarının anım mərasimində çıxış edən Səlami ABŞ, İsrail və Səudiyyə Ərəbistanı sərt tənqid edib

BAKI, 20 fevral — Sputnik. İran İnqilab Keşikçiləri Qvardiyası komandanının müavini Hüseyn Səlami ABŞ, İsrail və Səudiyyə Ərəbistanının İranda 27 hərbçinin öldüyü terror hadisəsində əli olmaqda ittiham edib.

Подлодка Сан-Хуан  - Sputnik Azərbaycan
İran dəhşətli silahını nümayiş etdirdi

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Hüseyn Səlami dünya super güclərini məğlub etmək üçün planlarının olduğunu deyib.

Tehranda terror qurbanlarının anım mərasimində çıxış edən Səlami ABŞ, İsrail və Səudiyyə Ərəbistanı sərt tənqid edib.

İranlı general İranda baş verən terror hücumunun kiçik olmadığını və qlobal səviyyədə hazırlanmış bir təhlükəli strategiyaya əsasən həyata keçirildiyini iddia edib.

O, bildirib ki, iranlı döyüşçülər ABŞ, İsrail və Səudiyyə Ərəbistanı hökumətlərinin üçlüyünə qarşı bölgədə mübarizə aparır.

General terror qurbanlarının intiqamını almaq üçün lazımi tədbirləri gördüklərini də söyləyib: "Dünya super güclərini məğlub etmək üçün planımız var. Savaşımız sadəcə bir nöqtə ilə məhdudlaşmayacaq, çünki terrorçuları say baxımından götürmürük".

Xəbər lenti
0