Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənistanda ata və qızı hökumət binasında özünü yandırmağa cəhd edib

© Sputnik / Ashot SafaryanPolislər Hökumət Evinin qarşısında, arxiv şəkli
Polislər Hökumət Evinin qarşısında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
54 yaşlı Gümrü şəhər sakini Arutyun P-nın müəyyən problemləri olub

BAKI, 20 fevral — Sputnik. Yerevanda kişi qızı ilə birlikdə özlərini yandırmaq üçün hökumət binasına girməyə cəhd edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər.

Lakin polis əməkdaşları onları görüb və danışıqlardan sonra ata və qızını özlərini yandırmaqdan çəkindirə bilib. Daha sonra həmin şəxs polis bölməsinə aparılıb.

Məlumata əsasən, 54 yaşlı Gümrü şəhər sakini Arutyun P-nın müəyyən problemləri olub və o bu addımı ilə hökumətin diqqətini cəlb etmək istəyib. Hazırda özünü yandırma faktı ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0