Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 20 fevral — Sputnik. Bərdə rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 18-də Bərdə rayon sakini Şövqi Zərgərov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq olduğu barədə məlumat verib.
Bərdə RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. "İsti izlərlə" və peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Mənsur Həsənov saxlanılıb. Araşdırmalarla onun 760 manat pul, 700 manat dəyərində mobil danışıq kartları və 500 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.