CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda təzadlı vəziyyət meydana çıxıb, kimin "çaldığı havaya oynayacağımız" bəlli deyil

© Sputnik / Anar MustafayevАвтомобили, припаркованные на одной из улиц Баку, фото из архива
Автомобили, припаркованные на одной из улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil sahibi parklama üçün pulunu ödəyib işinin arxasınca gedir, qayıdanda isə görür ki, dayanma-durma qaydalarını pozduğu üçün cərimə edilib

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Bakı şəhərində sürücülər, sözün əsl mənasında, çaşbaş qalıblar. Belə ki, sürücü parkomatlar qoyulmuş ərazidə avtomobilini park edir, parklama üçün pulunu ödəyib işinin arxasınca gedir. Qayıdanda isə görür ki, dayanma-durma qaydalarını pozduğu üçün cərimə edilib.

Водительское удостоверение и ключи от автомобиля, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərimizin əsas sıxıntılarından biri aradan qalxır

Sonradan öyrənir ki, sən demə, bu ərazidə "dayanma və durma qadağandır" işarəsi qoyulub. Yəni orada sürücülərin avtomobili park etməsinə icazə yoxdur. Bu təzadlı halla üzləşən sürücülər nə etməli olduqlarını bilmirlər.

Qəribədir, parkomat varsa, sürücüyə hansı əsasla cərimə yazılır? Axı şəhərdə parkomatlar qanuna müvafiq şəkildə qoyulub. Əgər parkomatlar artıq bir mahiyyət kəsb etmirsə, hansı səbəbdən yığışdırılmır? Sputnik Azərbaycan sürücüləri narahat edə bu suallara cavab axtarmağa çalışdı.

Bununla bağlı ilk olaraq parkomatları quraşdıran Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxladıq. BŞİH-in mətbuat xidmətindən verilən cavabda qeyd olundu ki, ötən ilin aprel ayında parkomatların idarəçiliyi Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib.

"Artıq bunların bizimlə heç bir aidiyyəti yoxdur. Bakı Nəqliyyat Agentliyi parkomatlara cavabdehdir və problemi də onlar həll etməlidir" - deyə BŞİH-dən vurğulandı.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirdi ki, bu məsələdə qanuna zidd heç nə yoxdur: "Durma qadağandır işarəsi varsa, orada parkomatın olub-olmaması önəm kəsb etmir. Belə ki, işarə parkomatı qüvvədən salır. Durma qadağandır işarəsi olan yerdə avtomobili park etmək olmaz. Əks halda sürücülər cərimə olunacaq".

Пресс-конференция на тему Ситуация на автомобильном рынке Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəmizdə hər 10 nəfərdən 3-nə bir avtomobil düşür

"Parkomatlar isə hələ bizə təhvil verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti nə vaxt bizə təhvil verər, o zaman biz onların aqibəti haqqında danışa bilərik" - deyə qurum sözçüsü əlavə etdi.

Məsələyə yol-nəqliyyat eksperti Tural Yusifov da münasibət bildirdi: "Azərbaycanda hörmət edilməyən iki yol nişanı var - "stop" və "durmaq qadağandır". Sürücülər bu işarələrə məhəl qoymurlar. Başa düşmürlər ki, "durma qadağandır" işarəsi varsa, sürücü orada maşın saxlamamalıdır".

"Parkomatları kimin idarə etdiyi isə heç kimə bəlli deyil. Kimdirsə, MMC açıb, müvəqqəti boşluqdan istifadə edərək pul yığır. Parkomatlar işləmir və heç kim parkomatlara və onların yanında dayanan əməkdaşlara pul ödəməməlidir" – deyə T.Yusifov əlavə etdi.

Xəbər lenti
0