Anasının ölümündən sonra depresiyaya düşən gənc öldü

Abunə olmaq
Gənc oğlan uşaq yaşlarından piylənmə ilə mübarizə aparmağa başlayıb

BAKI, 20 fevral — Sputnik. Populyar "Mənim 600 funtluq həyatım" teleşousunun iştirkaçısı Şon Milliken Texasdakı xəstəxanalardan birində dünyasını dəyişib.

Onun 29 yaşı var idi. Millikenin atasının sözlərinə görə, piylənmə ilə mübarizə aparan oğlunda nəfəs almaqda problemlər yaranıb. Ancaq onu reanimasiya etmək mümkün olmayıb.

© thesun/TLCŞon Milliken
Anasının ölümündən sonra depresiyaya düşən gənc öldü - Sputnik Azərbaycan
Şon Milliken

Gənc oğlan uşaq yaşlarından piylənmə ilə mübarizə aparmağa başlayıb. Məlumata görə, o valideynləri boşandıqdan sonra kökəlməyə başlayıb. Milliken sakitliyi yeməkdə tapıb. 25 yaşı olanda onun çəkisi 400 kiloqram olub. O ancaq evdə hərəkət edə bilib. Ayaq üstə isə 30 saniyə danışa bilirmiş. Adətən isə o oturur və uzanırmış.

2016-cı ildə gənc "Mənim 600 funtluq həyatım" teleşousuna çəkilməyə başlayır və bu proqram vasitəsilə o 180 kiloqram arıqlayır.

2018-ci ildə həmin proqram Milliken haqqında süjet göstərir. O zaman tamaşaçılar gənc oğlanın anasını itirdiyini öyrənirlər.

Xəbər lenti
0