BAKI, 19 fevral — Sputnik. Britaniya şahzadəsi Uilyam ilə Keyt Middltonun üç övladı – Corc, Şarlotta və Luisin baxıcısı olan Mariya Borralo heç vaxt deyə bilməyəcəyi sözlər var imiş. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən məlumat verir.
Belə ki, kral ailəsinin qanunları çərçivəsində müəyyən qadağalar var. Baxıcının "uşaq", "uşaqlar" sözlərini işlətməsinə qadağa qoyulub. Bunun əvəzində isə uşaqlara adları ilə müraciət edilməsi tələb olunur. Bu barədə Borralo mətbuata verdiyi müsahibədə deyib.
© AP Photo / Chris JacksonKral ailəsi və uşaqların dayəsi Mariya Borralo
Kral ailəsi və uşaqların dayəsi Mariya Borralo
© AP Photo / Chris Jackson
Qeyd edək ki, şahzadə ailəsinin ən kiçik övladının 3, ən böyük övladının isə 9 yaşı var.