BAKI, 19 fevral — Sputnik. Dünyaca tanınmış modelyer Karl Laqerfeld dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, modelyerin ölümü haqda bu gün məlumat verilib. Hələ ki, məşhur modelyerin ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində doğulan modelyer 85 yaşında ikən dünyasını dəyişib.
Karl Laqerfeld Fransanın “Chanel” moda evinin kreativ direktoru olub.