CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piştaxtasında siçovullar gəzən şirniyyat evi bağlandı - VİDEO

CC0 / Bergadder / RatSiçovul
Siçovul - Sputnik Azərbaycan
Abunə olmaq
"Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib

BAKI, 19 fevral — Sputnik. Bir müddət əvvəl "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılıb. Məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib.

Yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Abşeronda böyük sex yanıb

Qida Təhlükəsizlik Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib.

Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Xəbər lenti
0