BAKI, 19 fevral — Sputnik. "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsində qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur".
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Giləzi-Xızı yolunda qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpillib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
"Bakı-Qobustan yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Qobustan-Şamaxı-Muğanlı yolunda güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub" - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, Muğanlı-Ağsu-Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Bakı-Ələt-Hacıqabul yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Hacıqabul–Ucar–Yevlax yolunun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax–Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Muğanlı-İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
AAYDA məlumat verir ki, İsmayıllı–Oğuz–Qəbələ-Şəki yolunda qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.
Şəki–Qax–Zaqatala–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax–Şəki (Göybulaq)-Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Masallı–Yardımlı yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Lənkəran–Lerik yolunda yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul–Bəhramtəpə–Horadiz yolunun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.