İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb

BAKI, 19 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyi qəbul edib. Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Henrik Hololey dövlətimizin başçısını ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, bunu xalqın ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi dəyərləndirib. 

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident yeni açılan iş yerləri barədə məlumat verdi

Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi, ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğulayıb. Qonaq, eyni zamanda, Bakıda səmərəli görüşlər keçirdiklərini bildirərək, Heydər Əliyev beynəlxalq aeroportunun və Azərbaycanda mülki aviasiya sisteminin texniki təchizatının yüksək səviyyədə olduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirib. Dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü deyib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasının önəmi qeyd olunub, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0