BAKI, 19 fevral — Sputnik. Türkiyədə bir kişi cərimə edilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersində yaşayan bir kişi qanunsuz olaraq pitbull cinsindən olan itləri əhilləşdirdiyi və evdə saxladığı üçün cərimə edilib.
Xüsusi komnda itləri kişidən alıb və Tarsus zooparkına təhvil verib. İtlərin sahibi T.S təhlükəli heyvanları saxladığı üçün 7 802 lira (2494 manat) cərimə olunub.