Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan İES-də olay: Fəhlə yıxılıb öldü

Abunə olmaq
Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib

BAKI, 19 fevral — Sputnik. Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) fəhləsi iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Sputnik Azərbaycan ”Report”a istinadla xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib.

Belə ki, İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Amma həkimlərin səylərinə baxmayaraq, iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alan fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0