SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Böyük güclər Pakistan-İran sərhəddində sakitlik olmağını istəmir”

Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, İrana sansksiya tətbiq edən ölkələr Pakistan-İran yaxınlaşmasına əngəl olmaq istəyirlər
Arzu Nağıyev: “Böyük güclər sərhəddəki münaqişələri daim qızışdıracaqlar”

Pakistanın Tehrandakı səfiri Refet Məsud İranın Pakistanla sərhədi yaxınlığında yerləşən Sistan Bəlucistan əyalətində Haş-Zahedan yolunda 27 hərbçinin ölümü ilə nəticələnən terror aktına görə İran Xarici İşlər Nazirliyinə dəvət olunub.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, İran və Pakistan arasında yaşanan hadisələr yeni deyil:

“Son bir neçə ildə bu ölkələr arasında mütəmadi olaraq gərginlik müşahidə olunur. Bu ölkələrin sərhəddi qaçaqmalçılıq və narkotik daşınmasına xidmət edib. Burada həm də iqtisadi, siyasi və hərbi maraqlar toqquşur. İrana sanksiya tətbiq edən ölkələr Pakistan-İran yaxınlaşmasına əngəl olmaq istəyirlər. Buna görə də həmin sərhəddə daimi münaqişələr qızışdırılır. Bu ölkələr arasında müharibə olmasa belə, böyük güclər sərhəddəki münaqişələri daim qızışdıracaqlar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0