BAKI, 19 fevral - Sputnik. Haitidə baş vermiş kütləvi iğtişaşlar zamanı beş ABŞ vətəndaşı saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.
Teleşirkətin məlumatına görə, onlar sui-qəsddə şübhəli bilinirlər, lakin sözügedən şəxslərə qarşı rəsmi ittiham irəli sürülməyib.
Saxlanılan amerikalıların məhz nə ilə məşğul olduqları barədə hər hansı bir məlumat verilməyib.
Ötən cümə axşamı Dövlət Departamenti ABŞ vətəndaşlarına Haitiyə səfərlərdən çəkinməyə çağırıb.
Haitidə etirazlar fevralın 7-də başlayıb. Bu günədək yeddi nəfər ölüb. Ölkə prezidenti Jovenel Moiz iğtişaşlara görə istefa verməyəcəyini bildirib və böhrandan çıxmaq üçün rəqiblərini dialoqa çağırıb.