BAKI, 18 fevral — Sputnik. Türkiyədə saxta pul ilə alış-veriş etmək istəyən azərbaycanlı saxlanılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Türkiyənin Karabük şəhərində bir yeməkxanada saxta pul ilə alış-veriş edən E. J. adlı azərbaycanlı saxlanılıb. Axtarış zamanı onun üzərindən 9 ədəd 200 lirə, 22 ədəd 100 lirə, 22 ədəd 50 lirə olmaqla 5100 lirə (1635 manat) götürülüb. E. J.-nin ifadəsi alndıqdan sonra həbs edilib.