Ağ Evdən rəqib dövlətə "buzlar əriyir" mesajı

© AFP 2023 / MANDEL NGANПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp: "Çin ilə ticarət danışıqları öz axarında davam edir"

BAKI, 18 fevral — Sputnik. ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət danışıqlarının gedişatını müsbət qiymətləndirib. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, Tramp ABŞ-ın Çin ilə "real" ticarət sazişinə bu günə qədər ilk dəfə belə yaxın olduqlarını bildirib.

"Bu rüsumlar Çinin iqtisadiyyatına çox mənfi təsir edir. Onlar rüsumların olmasını istəmirlər. Bir saziş imzalasaq, o zaman vergilərin aradan qaldırılmasından qürur duyaram" – deyə Tramp Ağ Evdəki çıxışı zamanı deyib.

Çin ilə danışıqlar və müzakirələrin çoxtərəfli və qarışıq olduğuna diqqət çəkən prezident müzakirələr üçün nəzərdə tutulan 1 mart tarixinin yenidən uzadıla biləcəyini də vurğulayıb.

Xəbər lenti
0